"Qarabağ" qalib gəldi, "Neftçi" Sumqayıtda xal itirdi - Yenilənib

17 Oktyabr 2021 20:35 Premyerliqa 1 203
"Qarabağ" qalib gəldi, "Neftçi" Sumqayıtda xal itirdi - Yenilənib

Azərbaycan Premyer Liqasında VII tura bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da çempionatın ilk dövrəsi başa çatıb.

İlk olaraq son çempion “Neftçi” meydana çıxıb. Paytaxt təmsilçisi mövsümə qeyri-stabil başlanğıc edən “Sumqayıt”ın qonağı olub.

Son iki ev oyununda “ağ-qaralar”ın qapısına yol tapa bilməyən “gənclik şəhəri” təmsilçisi bu uğursuzluğa son qoya bilib.

Həmin qol da Ayxan Abbasovun yetirmələrinə 1 xal qazandırıb. Bu komandalar arasında son iki ildə keçirilən 6 matçda olduğu kimi, yenə ev sahibi olan tərəf qələbə üzü görməyib.

I dövrənin qapanış oyunu “Bank Respublika Arena”da olub. Bu mövsüm qələbə üzü görməyən aşkar autsayder “Sabah” məğlubiyyətsiz yeganə komanda “Qarabağ”ı qəbul edib.

Bakılıların həsrəti, ağdamlıların isə uğurlu seriyası davam edib. 27-ci dəqiqədə meydançada azlıqda qalan “Sabah” fasilə ərəfəsində hesabda da geri düşüb.

İkinci hissənin əvvəllərində “Qarabağ” daha bir dəfə fərqlənib. Paytaxt təmsilçisi 10 nəfərlə oynamasına baxmayaraq, fərqi minimum endirməyi bacarıb. Lakin Ramin Quliyevin kollektivinin bundan artığına gücü çatmayıb.

Rəqibinə ardıcıl 5-ci dəfə uduzan “Sabah” “Qarabağ” önündə qələbə həsrətinə də son qoya bilməyib. İzləyicilərinin xal itirməsindən məharətlə yararlanan “Qarabağ” isə ikinci dövrə öncəsi liderliyini bir qədər də möhkəmlədib.

17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi” - 1:1
Qollar:
Murad Xaçayev, 50 - Sabir Buqrin, 54
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
"Sumqayıt": 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 25. İlnur Valiev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Kapital Bank Arena”

18:45. “Sabah” – “Qarabağ” - 1:2
Qollar:
Aleksey İsayev, 64 - Filip Ozobiç, 44, Abdullah Zubir, 51
Qırmızı vərəqə: Xulio Sezar Rodriges, 27
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Sabah”: 1. Səlahət Ağayev (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 24. Mixeil Erqemlidze, 7. Petar Skuletiç, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 33. Camal Cəfərov, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə
Baş məşqçi: Ramin Quliyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Bank Respublika Arena”

1

Qarabağ

7

5

2

0

13-4

17

2

Neftçi

7

4

2

1

14-8

14

3

Qəbələ

7

3

3

1

12-6

12

4

Zirə

7

3

3

1

9-6

12

5

Sumqayıt

7

2

2

3

5-5

8

6

Keşlə

7

2

1

4

6-11

7

7

Səbail

7

2

0

5

5-15

6

8

Sabah

7

0

1

6

3-12

1

Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 4 qol.

Xəbər Lenti