"Sabah" ilk xalını qazandı, "Qəbələ" darmadağınla liderliyə yüksəldi - Yenilənib

18 Sentyabr 2021 21:07 Premyerliqa 1 353
"Sabah" ilk xalını qazandı, "Qəbələ" darmadağınla liderliyə yüksəldi - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk günündə 2 matç baş tutub.

İlk oyun Qəbələdə keçirilib. Ən azı iki günlük lider olmaq imkanına malik komandalar zirvə mübarizəsində üz-üzə gəlib.

Məğlubiyyətsiz irəliləyən “Qəbələ” “Səbail” önündə də uğurlu seriyanı davam etdirib. İlk yarıda qapılara qol vurulmasa da, ev sahibləri fasilədən sonra rəqibə "divan" tutub.

Elmar Baxşıyevin yetirmələri son yarım saatda bakılıları düz 5 dəfə mərkəzə dəvət ediblər. Darmadağın sayəsində ardıcıl 3-cü qələbəsini qazanan "Qəbələ" xallarının sayını 10-a çatdıraraq, liderliyə yüksəlib.

Günün ikinci matçı Zirədə baş tutub. Qəsəbənin eyniadlı təmsilçisi xala və qola həsrət autsayderlə – “Sabah”la görüşüb. Bu matçda da qollar ikinci hissədə vurulub.

Lakin Qəbələdən fərqli, Zirədə hər iki qapıçı məyus olub. Əvvəlcə fasilədən dərhal sonra ev sahibləri hesabı açıb. Ancaq sona yaxın təzyiqi artıran “Sabah” bərabərlik topunu vurmağa müvəffəq olub.

Bununla cari mövsümdə qol hesabını açan “Sabah” ilk xalını qazanaraq, ən azı bir günlük son pilləni tərk edib.

18 sentyabr (şənbə)
“Qəbələ” – “Səbail” - 5:0

Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 83, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4
Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85
Baş hakim: Rauf Allahverdiyev
"Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 30. Camal Araqo, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Qəbələ şəhər stadionu

“Zirə” – “Sabah” - 1:1
Qollar: Mohamed Hamdaui, 49 - Şpiro Periçiç, 83
Baş hakim: Ömər Paşayev
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 64. Mahmud Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 21. İldar Alekperov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 11. Kristian Sebalyos, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
Zirə İdman Kompleksinin stadionu

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

3

2

1

0

6-2

7

3

Səbail

4

2

0

2

2-8

6

4

Sumqayıt

3

2

0

1

4-1

6

5

Zirə

4

1

2

1

5-4

5

6

Neftçi

3

1

1

1

5-5

4

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

3

0

0

3

1-6

0

Bombardirlər: Davit Volkov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ") - 3 qol

Xəbər Lenti