“Sumqayıt” Əli Qurbani, “Zirə” Qismət Alıyev ilə “vidalaşdı”

4 Mart 2021 19:40 Premyerliqa 1 328
“Sumqayıt” Əli Qurbani, “Zirə” Qismət Alıyev ilə “vidalaşdı”

Azərbaycan Premyer Liqasının XVIII turunun ikinci günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.

“Sumqayıt” – “Zirə” görüşündəki (0:0) vərəqələr hər komanda üçün bir itkiyə səbəb olub. Meydan sahibləri Əli Qurbaninin xidmətindən məhrum olub.

Paytaxt təmsilçisi isə Qismət Alıyevi itirib. Mövsüm ərzində iki komandada oynayan sonuncu 4-cü xəbərdarlığını alıb.

Xəbər Lenti