Azərbaycan Premyer Liqasında cəmi 5...

26 Fevral 2021 14:40 Premyerliqa 471
Azərbaycan Premyer Liqasında cəmi 5...

Azərbaycan Premyer Liqasının XVII turunda qapılara cəmi 5 top vurulub.

Sportinfo.az xəbər verir ki, bu, mövsümün antirekordunun növbəti dəfə təkrarlanması deməkdir.

Cari mövsüm VII və XI turlarda da qapı torları 5 dəfə silkələnib. Hər üç turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.

Ən çox qol isə X turda vurulub. Həmin vaxt komandalar 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.

XVII turda "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!