"Qələbə üçün hər şey etdik" - Samir Abasov

28 Noyabr 2020 18:55 Neftçi 943
"Qələbə üçün hər şey etdik" - Samir Abasov

“Həyəcanlı oyun keçdi. Hər saniyədə matçın taleyi həll oluna bilərdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Öz meydanında rəqibi ilə qolsuz bərabərə qalan “ağ-qaralar” liderliyə yüksəlmək şansını əldən verib Oyunsonrası mətbuat konfransında Abasov getdikcə daha yaxşı çıxış edəcəklərini bildirib: “Hər iki komanda uduzmamaq üçün meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur". (Apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!