Yeni baş məşqçi bu futbolçunu "Neftçi"dən getməyə qoymadı

25 Noyabr 2020 11:40 Neftçi 1 441
Yeni baş məşqçi bu futbolçunu "Neftçi"dən getməyə qoymadı

«Neftçi»nin baş məşqçisi Samir Abasov Səlahət Ağayevlə bağlı yaranmış qeyri-müəyyənliyə son qoyub.

Sportinfo.az-ın məlumatına görə, yeni çalışdırıcı adıçəkilən qapıçının komandada qalmasını istəyib.

O, müqaviləsi gələn ilin yayında bitəcək kiperin qış fasiləsində düşərgədən ayrılmasıına icazə verməyib.

Ağayev 1 ilə yaxındır əsas heyətdəki yerini itirib. Füzuli Məmmədovun vaxtında meydan üzünə həsrət qalan «əlcək sahibi» Aqil Məmmədovun kölgəsində itib-batmışdı.

Keçmiş baş məşqçinin qərəzli münasibəti ilə üzləşmiş, nəticədə millidəki yerini də itirmiş Səlahətin fikri getmək idi. Onun bir ayağı artıq «Zirə»də idi.

Həmçinin «Sabah»ın maraq dairəsində yer alırdı. Ölkə xaricindən də 1-2 təklif alan kiper indi bir qədər rahat nəfəs ala bilər.

Çünki Abasov onu təkrar əsas heyətə qaytarmaq niyyətindədir və bunu həm özünə, həm də rəhbərliyə elan edib.

Digər Xəbərlər
Xəbər Lenti