"Neftçi" öz-özünü yenilədi

23 Noyabr 2020 20:00 Neftçi 887
"Neftçi" öz-özünü yenilədi

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da “Neftçi”nin böyükhesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?