"Neftçi"nin prezidenti Abasov haqda İKİBAŞLI İFADƏ İŞLƏTDİ

23 Noyabr 2020 11:00 Neftçi 955
"Neftçi"nin prezidenti Abasov haqda İKİBAŞLI İFADƏ İŞLƏTDİ

"Belə kluba baş məşqçi təyinatı bir anın işi deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev dilə gətirib.

Samir Abasovun təyinatına münasibət bildirən klub rəhbəri ikibaşlı ifadə işlədib. Quliyev "inanmaq istəyirik ki…" deməklə, sanki yeni çalışdırıcının seçimində son söz sahibi olmamasına işarə vurub:

"Elə vaxtdayıq ki, bu yer boş qalsaydı, qeyri-sabitlik davam edə bilərdi. Müşahidə Şurasının növbədənkənar iclasında bir çox namizədin adı təklif olunmuşdu.

Sonda Samir Abasovun baş məşqçi olması məsləhət bilindi. Onunla "Sumqayıt"da da bir yerdə işləmişik. 2015-ci ildən əsas komandanın baş məşqçisi təyin olundu.

İnanmaq istəyirik ki, Azərbaycanın ən böyük klubu ilə Samir Abasovun futbola baxışı, oyun planları üst-üstə düşəcək. Onun oyun dəsti-xəttini nəzərə alaraq, Abasovun təyinatı təsdiqləndi".

Digər Xəbərlər
Xəbər Lenti