"Neftçi" kapitanından, o da De Byazidən narazıdır

20 Oktyabr 2020 10:52 Neftçi 888
"Neftçi" kapitanından, o da De Byazidən narazıdır

Canni De Byazi tərəfindən millinin Monteneqro və Kiprlə oyunlarına dəvət almayan Emin Mahmudov bundan məyus olub.

«Neftçi»nin kapitanı italyan çalışdırıcının ona münasibətindən pərişanlığını artıq gizlədə bilmir.

Bu, yarımmüdafiəçinin klubdakı mövqelərinə də pis təsir etməkdədir. Məşqlərdə həvəssiz iştirakı və «Sabah»la son qarşılaşmada zəif təsir bğışlaması Emini klub rəsmiləri ilə üz-üzə gətirib.

Ümumiyyətlə, idman direktoru Ceyhun Sultanov kapitanın axır 2 aydakı performansından narazıdır və bunu onunla söhbətində də diqqətinə çatdırıb.

«Neftçi» rəhbərliyinin ondan gözləntisi böyükdür. Necə də olmasa, Mahmudov komandanın ən ödənişli 3 futbolçusundan biridir.

Mövsümlərarası fasilədə müqavilə şərtləri daha da yaxşılaşdırılan orta sahə oyunçusu, açıq demək lazımdır ki, hazırda bunun qarşılığını verməyə güclük çəkir.

Heç şübhəsiz, burada milli faktoru öndə dayanır. De Byazi sentyabr və oktyabrdakı rəsmi matçlarda Eminə şans tanımayıb. Bu isə özünü yığmanın əsas heyətində görən yarımmüdafiəçinin psixoloji durumunu gərginləşdirib və düşdüyü vəziyyətlə hələ də barışmaq istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu