"Ayaks"da o günü görmədi, "Neftçi" ilə döndü və dedi: "Bunun üçün…"

23 Sentyabr 2020 00:42 Neftçi 1 016
"Ayaks"da o günü görmədi, "Neftçi" ilə döndü və dedi: "Bunun üçün…"

"Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qalatarasaray"ın futbolçusu Rayan Babel "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsi matçı haqda deyib.

33 yaşlı niderlandlı forvard yavaş-yavaş formaya düşdüyünü bildirib. Babel "Neftçi" ilə matçda komanda olaraq yaxşı iş gördüklərini söyləyib.

Təcrübəli oyunçu ötən mövsümün ikinci yarısında "Ayaks"a icarəyə verilib. Lakin o, koronavirus pandemiyası səbəbindən Amsterdam komandasının formasını geyinə bilməyib.

Babel matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III təsnifat mərhələsində "Hayduk" (Split) ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti