“Neftçi“nin baş məşqçisi niyə həqiqətin gözünə kül üfürür?

5 Avqust 2020 19:45 Neftçi 1 800
“Neftçi“nin baş məşqçisi niyə həqiqətin gözünə kül üfürür?

Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqa klublarının iştirakı ilə dünən daha bir oyun keçirilib.

Paytaxt klubları “Neftçi” və “Sabah” hazırlıq çərçivəsində üz-üzə gəlib.

Erkən qarşılıqlı qollarla başlayan matç məhsuldar alınıb. Fasiləyə 2:1 hesabı ilə öndə yollanan “Sabah” qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 5:2. Yeddi qolun vurulduğu görüş hər iki komandanın hazırlıq çərçivəsində üçüncü sınağı olub.

“Sabah” “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, Eyni rəqiblərlə görüşən “Neftçi” “Sumqayıt”ı məğlub edib (3:0), Ağdam təmsilçisinə uduzub – 0:1.

Oyunu izləyənrlərin bildirdiyinə görə, “Neftçi“ fiziki cəhətdən yorğun və ağıır təsir bağıışlayıb. Eynən “Qarabağ“a qarşı olduğu kimi. Rəqiblər “ağ-qaralar“ı sürətlə yanaşı, həm taktiki, həm də oyun planında üstələyib.

Bunun niyə belə olmasının səbəbini aşağıda qeyd edəcəyik. Ondan öncə, gəlin, baş məşqçi Füzuli Məmmədovun dünən mətbuata verdiyi son müsahibədən bir hissə ilə tanıış olaq:

- Futbolçuları fiziki baxımdan həddindən artıq yükləmisiz?
- Məşqçilər heyətimizin savadı çatır ki, futbolçuları hansı dərəcədə və nə qədər yükləsinlər. Komandada zədələr, xoşagəlməz hallar oldurda bu fikri səsləndirmək olar. Mətbuatda yazılanlara fikir verməyin. Onların hamısı bizim əleyhimizə olan şeylərdir. Biz öz işimizi çox gözəl bilirik. Birinci gün deyil ki, komandanı yükləyirik. Yanvardan komandaya başçılıq edirik. Martda komanda daha yaxşı formaya düşmüşdü. Hər şeyə qarşı çox diqqətliyik. Verdiyiniz suala cavab olaraq deyim ki, belə bir şey yoxdur. Bu, təlim-məşq toplanışıdır. Komandanı bir oyun, avrokuboklar üçün yox, yarım mövsüm üçün hazırlayırıq. Buna görə də planda nəzərdə tutulan bütün yüklənmələr olmalıdır. Futbolçular yüklü oynamalıdırlar. Çünki indi nəticə önəmli deyil. Bizim üçün hazırkı göstərici bunların oyunlarıdır. Buna çalışırıq. Məşqçilər heyəti bütün yükləmələri detallarınadək izləyir, araşdırır. Komandada artıq yüklənmə yoxdur.

- Yəni, dağa dırmaşdırmaq söhbəti yoxdur...
- Bu, dağa dırmanmaq deyil, güc məşqidir. Biz bu tapşırığı indi verməsək, nə zaman yerinə yetirəcəyik? Hər şey lazımı dərəcədə olur. Hamısı normal şeydir. Bəli, elə yüklənmə var, biz onu fitnesdə veririk. Eləsi var, meydanda veririk. Burada anormal bir şey yoxdur. Futbol savadı olan insanlar bunu başa düşürlər. Hətta qumda da yüklənmə verirlər. Elə edirik ki, futbolçular zədələnməsinlər. Hazırda heyətimizdə zədəli oyunçu yoxdur.

- Normal olmayan odur ki, sanki klubun daxilindən kimsə məlumatı ötürüb. Özünüz belə bir şey hiss etmisiniz ki, daxildən kimsə məlumat sızdırsın?
- Mən bu barədə heç nə deyə bilmərəm. Məlumat sızır-sızmır, məni çox maraqlandırmır. Özüm futbolçuları bu qaydada yükləyirəm. Məşqçilər heyətimizdə olanlar çox bilikli, savadlı insanlardır. Yükləmənin nə qədər olduğunu futbolçu yox, məşqçilər korpusu bilir. Futbolçunun işi başını aşağı salıb oyununu göstərməkdir. Bura peşəkar futbol klubudur, sağlamlıq qrupu deyil. Bir futbolçu oyunda 3 kq atırsa, bu, nə deməkdir? "Qarabağ"la yoxlama matçımızda bəzi futbolçular məhz bu qədər çəki salıblar. Məşqlərdə ağır yüklənmə olmasa, ağır oyunu necə keçirə bilərsən? Biz hər şeyi yaxşı bilirik.

«Pro» kaieqoriyasıı olmayan məşqçinin ad çəkmədən nişan verdiyi mətbuat orqanı Sportinfo.az-dır. Ö, bugünlərdə klub televiziyasına açqlamasında da saytımızın «bostanına daş atb».

Bu, onun öz aləmidir, özü bilər. Dilinin olduğunu görürük, dilinə görə dilçəyinin olmasını da istəyirik. Hələlik düşərgədə vəziyyət onun istədiyi kimi getmir.

Bütün bunlardan xəbərdarııq. Bu gün daxildən bizə məlumat sızdırılmasına gərək yoxdur. Komanda hamının gözünün qabağındadır – Qəbələdədir.

Füzuli Məmmədov bu dağlar qoynunda gizli bir iş görmür, futbolçuları məşqə və oyuna çıxarır. Ceyhun Sultanovun sayəsində vəzifə başına gələn çalışdırıcının narahatlığını olduğu kimi qəbul edirik. Özü də hiss edir ki, iş epizodunda nələrsə düzgün getmir. O, sadəcə, hiss edir, amma başa düşmür.

Başa düşsə, bəzi faktlrı görməzdən gəlməz. Deyir ki, hazırda heyətdə zədəli oyunçu yoxdur. Bəs Fəhmin Muradbəyli? «Səbail»dən geri çağrılan yarmmüdafiəçi toplanışın ilk günündən Qəbələdədir. Zədəli deyildisə, niyə 10 gün məşqə çıxmayıb?

Deyir ki, dağa dırmaşdırmaq söhbəti yoxdur. Yəni, bu, güc məşqidir. Sual verir ki, biz bu tapşırığı indi verməsək, nə zaman yerinə yetirəcəyik? Hər şey lazımı dərəcədə olur və normal şeydir.

Demək, Füzuli Məmmədov çəkiləri bir-birinə uyğun gələn futbolçuları bir-birinin belinə mindirərək, dağa çıxmaqlarını tələb edib. Tapşırıq icra olunub, sonra isə… Kütləvi narazılıq baş qaldırıb.

Oyunçular köhnə metodikaya söykənən hazırlıq prosesinindən rəhbərliyə gileylənib. Eyni zamanda, hərə bədəninin bir yerində ağrıların əmələ gəlməsindən şikayətlənib.

Yəqin ki, Füzuli Məmmədovun gözü yaxını, uzağı yaxşı seçir. Və görür ki, komandasında plastrdan istifadə etməyən futbolçu demək olar qalmayıb. Kimi plastrı dizinə, kimi baldırına, kimi kürəyinə, kimi boynunun arxasına, kimi qoluna bağlayıb. Budur, düzgün və normasında fiziki yüklənmənin nəticəsi?

Gələk digər bir mübahisəli məsələnin üstünə. Futbolçular gündəlik məşqlərin ağırlığı ilə yanaşı, saatından narazıdır. Hər gün 2-2,5 saat çalışmaq onlara yorucu gəlir.

Demə, futbolçuların şikayətindən sonra idman direktoru Ceyhun Sultanov baş məşqçiyə hazırlıq planında dəyişiklik etməyi tapşırıb. O, məşqlərin Mario Fernandes Kastelyanonun prooqramına əsasən tənzimlənməsini istəyib.

Məmmədov oğlunun kirvəsinin göstərişinə əməl edib. Belə ki, məşqin 1,5 saatını fiziki hazırlıq üzrə köməkçisinin proqramına uyğun qurur, daha 1 saatı isə öz bildiyi kimi keçir.

İndi siz deyin, 34 yaşlı ispaniyalı yardımçısına etibar etməyən Füzuli Məmmədova inanmağa dəyərmi?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"