
Dünən xəbər vermişdik ki, "Neftçi" Braziliyanın B Seriyasında çıxış edən "Quarani"nin sabiq futbolçusu Tallison Auqustonu heyətinə qatıb.
Yerli "Terra" nəşri ilk dəfə Sportifno.az-ın tirajladığı məlumatı təsdiqşləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/85230.html).
29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq. O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək.
"Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini bildirib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.
Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya"nın da formasını geyinib. Bir müddətdir özünə klub tapa bilməyən "sambaçı"nın Premyer Liqanın qarşıdakı 8 turu ərzində meydana çıxacağı gözləniləndir. Sərbəst agent olduğundan, bakılılar onun adını sifariş etməyə hazırlaşır.