SOCAR da "Neftçi"yə "yox" deyir, legionerlər də: "Əlavə pul verməsəz, oynamayacağıq"

28 May 2020 12:44 Neftçi 1 084
SOCAR da "Neftçi"yə "yox" deyir, legionerlər də: "Əlavə pul verməsəz, oynamayacağıq"

«Neftçi»də növbəti problem baş qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, əksər legionerlər sözü bir yerə qoyaraq, klub rəhbərliyi qarşısında yeni tələblə çıxış edib.

Əcnəbi futbolçular mövsüm bərpa olunarsa, onlara əlavə pul ödənməli olduğunu bildirib. Komandanın gəlmə oyunçuları Premyer Liqanın avqustadək davam edəcəyi təqdirdə, minimum 1 aylıq artıq maaş istəyib.

Klubun prezidenti Kamran Quliyev yaranmış vəziyyətlə əlaqədar SOCAR-a üz tutub və legionerlərin tələbini çatdırıb. Neft şirkətinin başbilənləri isə onu əliboş geri qaytarıb.

Bildirilib ki, əlavə maaş büdcəsi ayrılmayacaq. Ona tapşırılıb ki, futbolçularla təkrar danışıqlar apararaq, problemi yoluna qoysun. Yəni ki, onları pulsuz oynamağa razı salsın.

Di gəl, «ağ-qaralar»ın əcnəbi üzvləri güzəştə getməkdən növbəti dəfə boyun qaçırıb. Tələbləri yerinə yetirilməyəcəyi halda, Premyer Liqanın son 8 turunda meydana çıxmayacaqlarını diqqətə çatdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti