
“Neftçi” FKSB-in cənubi afrikalı müdafiəçisi Siyabonqa Nqezananı transfer etməyi planlaşdırır.
Sportinfo.az “SNL24” portalına istinadən xəbər verir ki, bu münasibətlə bakılılar şərtləri müzakirə etmək üçün Rumıniya çempionuna müraciət edib.
Lakin FKSB-nin istədiyi məbləğ “Neftçi”nin transferdən imtina etməyə məcbur qoyub.
Rumınlar mərkəz müdafiəçisi üçün 7 milyon avro istəyib.
Onun Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Afrikalı müdafiəçinin “transfermarkt” portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.
Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.