"Neftçi" Azərbaycana ilk dəfə "Birlik" qazandırdı - VİDEO

4 Aprel 2020 09:28 Neftçi 685
"Neftçi" Azərbaycana ilk dəfə "Birlik" qazandırdı - VİDEO

İl 2008.

Sportinfo.az xəbər verir ki, Yanvarın 22-də Moskvanın “Olimpiysk” idman kompleksində “Birlik kuboku” turnirinin finalında “Neftçi” Litvadan “Kaunas” ilə qarşılaşdı.

Oyuna kəskin hücumlarla başlayan “Neftçi” artıq 9-cu dəqiqədə hesabı aça bilərdi, lakin qapıçının səhvindən sonra komandamızın kapitanı Nadir Nəbiyev başı ilə topu boş qapıdan keçirə bilmədi.

Əvəzində 17-ci dəqiqədə künc zərbəsindən sonra, Ruslan Abbasov topu öz qapımızdan keçirdi - 0:1. 25-ci dəqiqədə litvalılar ikinci topu vura bilərdi, amma qapıçımız Vladimir Miçoviç əla reaksiya nümayiş etdirərək, təhlükəni sovuşdurdu.

Nəhayət, 32-ci dəqiqədə Vadim Boretsin gözəl ötürməsini cərimə meydançasında qəbul edən Nadir Nəbiyev hesabı bərabərləşdirdi - 1:1. Beş dəqiqə sonra isə Borets təxminən 25 metrdən dəqiq zərbə ilə komandamızı hesabda irəli çıxardı.

Lakin “Neftçi” üstünlüyünü birinci hissənin sonuna qədər qoruyub saxlaya bilmədi və 41-ci dəqiqədə İrmantas Zelmikas baş zərbəsi ilə hesabı bərabərləşdirdi.

İkinci hissə başlayan kimi komandamız yenə də hesabda irəli çixdı - Nadir Nəbiyevin ötürməsini Branimir Subaşiç “Kaunas”ın qapısına yönəltdi.

56-cı dəqiqədə “Neftçi”nin legioneri Svyatoslav Stefanov cərimə zərbəsi ilə hesabdakı fərqi ikiyə çatdırdı. Bu qoldan sonra oyun komandamızın tam üstünlüyü ilə keçdi, lakin futbolçularımız bir neçə əlverişli imkandan istifadə edə bilmədi.

Oyunun baş hakimi, FİFA referisi Yuri Baskakovun final fiti “Neftçi”nin möhtəşəm qələbəsini reallaşdırdı - 4:2. 2006-cı il “Birlik kuboku” bizimdir!

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!