"Aqildə qola sevinəndən sonra həyəcandan sıxıntı yaranıb"

7 Mart 2020 21:20 Neftçi 568
"Aqildə qola sevinəndən sonra həyəcandan sıxıntı yaranıb"

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov "Sabah"la Premyer Liqanın XX turunun ev matçında əvəzlənən qapıçısı Aqil Məmmədovun durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis 2-ci hissədə halı pisləşən qolkiperin hazırda vəziyyətinin stabil olduğunu bildirib:

"Matçdan sonra onun yanında idim, vəziyyəti ilə maraqlandım. Allaha şükür, durumu stabildi. Həkimlərin dediyinə görə, qol vurduğumuz zamanı həyəcandan sıxıntı yaranıb.

Hazırda evlərinə yollanıb. Həkim müayinəsindən keçəndən sonra tam vəziyyətini, hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti