"Neftçi"dən xanımlara 8 Mart hədiyyəsi - PULSUZ BİLET

6 Mart 2020 20:40 Neftçi 592
"Neftçi"dən xanımlara 8 Mart hədiyyəsi - PULSUZ BİLET

Azərbaycan Premyer Liqasında "Neftçi"nin "Sabah" komandası ilə keçirəcəyi XX tur matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.

Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, martın 8-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Sabah” oyunu saat 18:00-da başlanacaq. 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"