"Neftçi"nin baş məşqçisi futbolçularından şikayətləndi: "Ürəyimcə olmadı"

22 Fevral 2020 17:00 Neftçi 949
"Neftçi"nin baş məşqçisi futbolçularından şikayətləndi:

Sportinfo.az xəbər verir ki, «Neftçi»nin baş iməşqçisi Füzuli Məmmədov «Qəbələ» ilə oyundan (2:0) sonra mətbuat konfransında sualları cavablandırıb.

- Qələbə qazansaq, oyun tam ürəyimizcə olmadı. Birinci hissəni necə keçirmişdiksə, fasilədən sonra da o cür davam etməliydik. Belə oyunlar da olur. Futbolçularımız çox əziyyət çəkdi. Hesabı qoruyub saxlamağa çalışdıq. «Qəbələ» sonuncu yerdə getməyə layiq deyil. Mobil və taktiki cəhətdən yaxşı komandadır. Onlara qarşı oynamaq bizim üçün çox da asan deyil. Maksimum çalışdıq ki, qələbə qazanaq. Qələbədə əziyyəti olan hərk kəsə təşəkkür edirəm. Azarkeşlərə «sağ ol» deyirik ki, uzun məsafə qət eləyib, bizi dəstəkləməyə gəldilər. Ümumən götürsək, biz bundan da yaxşı oynamalıyıq. Yenə deyirəm, tam ürəyimcə olmadı. Biz yenicə bir yerdəyik. Komandanın bundan yaxşı olacağına inanıram.

- Əsasən nədən narazı qaldız?
- Bəzi futbolçuların verdiyim tapşırıqları maksimum yerinə yetirməməsi məni narazı saldı.

- İlk hissədə iki qol vurandan sonra komandanız sanki arxayınlaşdı.
- Bəzən belə olur. Oyuna yaxşı başladıq, hesabı tez açdıq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq əmələ gəlir. Bəlkə də güclərini bir az qorumaq istədilər. Amma qol buraxmamaq, qələbəni qorumaq üçün sonadək əziyyət çəkdilər.

Digər Xəbərlər
Xəbər Lenti