Monroz "Neftçi"nin düşərgəsində - FOTO

17 Yanvar 2020 16:25 Neftçi 708
Monroz "Neftçi"nin düşərgəsində - FOTO

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün iki dəfə məşqə çıxıb.

Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub. Sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb.

Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”