“Neftçi”də maaşlar buradakı futbolçuların qazancından 15-20 dəfə çoxdur”

13:40 Neftçi 179
“Neftçi”də maaşlar buradakı futbolçuların qazancından 15-20 dəfə çoxdur”

Belaruslu futbol meneceri Valeri İsayev Minsk “Dinamo”sunun Konfrans Liqasının 2-ci təsnifat məhələsində məğlub etdiyi “Neftçi” barədə maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, agent Azərbaycan təmsilçisi ilə “Dinamo” arasında müqayisə də aparıb.

O, “Neftçi”nin mübarizəni dayandırmasını “Dinamo”nun stabilliyi ilə əlaqələndirib:

“Neftçi” təşkilatlanmamış, motivasiyasız və lovğalaşmış legionerlərdən ibarət kollektivdir. Onların maaşları orta hesabla “Dinamo” futbolçularının qazancından 15-20 dəfə çoxdur.

“Dinamo” isə məşqçilər korpusunun futbolçularla birlikdə qurduğu nizam-intizamlı və təşkilatlanmış oyun sayəsində “Neftçi”ni mübarizədən kənarlaşdırdı”.

Bakıda 2:4 hesabı ilə məğlub olan “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazansa da, yekunda uduzaraq, avrokuboklarla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!