Bu gün "Neftçi" Konfrans Liqasında ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşacaq.
Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da bşlayacaq.
Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib.
Bakı klubunun rəhbərliyi futbolçuları ruhlandırmaq üçün növbəti addımı atıb. Komandaya böyük jest edilib - mükafat fondu artırılıb.
Əgər "ağ-qaralar" bu gecə Balkan yarımadasında mərhələ keçmək tapşırığının öhdəsindən gələrsə, hər oyunçuya 10000 deyil, 15000 manat ödəniləcək.
Bundan öncə "Neftçi"nin Müşahidə Şurasının (MŞ) üzvləri əsas komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb. Yığıncaqda yeni mövsümlə bağlı məsələlər geniş müzakirə olunub.
Bakılılar Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya uduzub ki, MŞ-nın təmsilçiləri iclas zamanı əsas diqqəti buna yönəldib.
Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək. Portuqaliya təmsilçisi səfərdəki ilk matçda serblərə 1:0 hesabıyla qalib gəlib.
"Neftçi" rəhbərliyi kollektiv üzvlərindən revanş tələb edib. Onlara hər cür şərait yaradıldığı diqqətə çatdırılıb, bunun qarşılığında müsbət nəticə istənilib.
İclasda bəzi futbolçular möhkəm tənqid olunub, geyindikləri formaya yaraşmayan səhvlərlə yapdda qaldıqları vurğulanıb.
Bildirilib ki, azarkeşlər qələbəni haqq edir və Bolqarıstanda qeydə alınacaq müsbət nəticəylə "12-ci" oyunçunu sevindirmək lazımdır.
Eyni zamanda, xəbərdarlıq olunub ki, komanda qarşısına qoyulan məqsədə çatmasa, yəni, mərhələni keçməsə, sərt intizam tədbirləri görüləcək, bu istiqamətdə müvafiq addımlar atılacaq.
SPORTİNFO.AZ

