“Neftçi”nin menyusuna - Bu da “Dinamo”nun son 10 ev oyunu

20:20 Neftçi 107
“Neftçi”nin menyusuna - Bu da “Dinamo”nun son 10 ev oyunu

İlk oyunda Minsk “Dinamo”suna uduzan “Neftçi” (2:4) revanş arzusundadır.

Belarus nəhəngini Avropa üçün təcrübəli komanda hesab edə bilərik. İki dəfə Avropa Liqasının, bir dəfə Konfrans Liqasının qrup mərhələsinə qədər irəliləyən “ağ-göylər” dəfələrlə pley-off həyəcanını yaşayıb.

“Dinamo”nun ziyanına işləyən başlıca məqam ev oyunlarını ölkədən kənarda keçirməsidir.

UEFA-nın siyasi vəziyyətlə bağlı qəbul etdiyi qərarə əsasən Belarus klubları rəqiblərini neytral meydanda qəbul etməyə məhkumdur.

2022-ci ildən bu yana meydan sahibi qismində Bakıda və Sumqayıtda, eləcə də Macarıstanda meydana çıxan minsklilər cari mövsümdə Bolqarıstanın Stara-Zaqora şəhərinə sığınıb. Həm də azarkeş dəstəyi olmadan.

Buna baxmayaraq, “Dinamo”nun nominal meydan sahibi qismində çıxış etdiyi oyunlardakı nəticələri azərbaycanlı azarkeşləri sevindirməlidir.

“Neftçi”nin rəqibi 2024-cü ildən bu yana 10 matçda evsahibliyi edib. Bunların 3-də qələbə qazanıb, 2-də bərabərə qalıb, 5 oyunda məğlubiyyət acısı yaşayıb.

Dinamo – Pünik (Ermənistan) – 0:0

Dinamo – Ludoqorets (Bolqarıstan) – 1:0

Dinamo – Linkoln (Cəbəllütariq) – 2:0

Dinamo – Anderlext (Belçika) – 0:1

Dinamo – Harts (Şotlandiya) – 1:2

Dinamo – Kopenhagen (Danimarka) – 1:2

Dinamo – Larne (Şimali İrlandiya) – 2:0

Dinamo – Ludoqorets (Bolqarıstan) – 2:2

Dinamo - Eqnatiya (Albaniya) – 0:2

Dinamo – Sileks (Şimali Makedoniya) – 0:1

Göründüyü kimi, “Dinamo” nominal meydan sahibi qismində son 3 matçda qələbə qazana bilməyib. Üstəlik, son 2 görüşdə “Eqnatiya” və “Sileks” kimi ortabablara boyun əyib.

Bakıdakı qarşılaşmanın ilk 15 dəqiqəsi “Neftçi”nin qol vurmaq gücündə olduğunu və qələbə qazana biləcəyini göstərmişdi. Bolqarıstanda göstəriləcək mümkün əzmkarlıqla 2:4-ü aradan qaldırmaq mümkündür.

Bu gün “Beroe” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti