Bu xəbər, yəqin ki, “Neftçi”də olanları “göyün yeddinci qatı”na qaldıracaq!

15:00 Neftçi 161
Bu xəbər, yəqin ki, “Neftçi”də olanları “göyün yeddinci qatı”na qaldıracaq!

Konfrans Liqasının 2-ci mərhələsinin ilk görüşündə Minsk “Dinamo”suna uduzan “Neftçi” (2:4) bu dəfə səfərdə meydana çıxacaq.

Əgər buna səfər demək olarsa.

UEFA-nın 2022-ci ildə qəbul etdiyi qərara əsasən, Belarus klubları rəqiblərini neytral meydanda qəbul etməli və oyun azarkeşsiz keçirilməlidir.

Burada söhbət təkcə belaruslu azarkeşlərdən getmir. Qərar həm də qonaq komandanın fanatlarına şamil olunmaqdadır.

Məhz bu səbəbdən axşamkı qarşılaşmada “Dinamo” və “Neftçi” azarkeşləri “Beroe” stadionuna buraxılmayacaq.

Oyun boş tribunalar önündə keçiriləcək. Yalnız xüsusi buraxılış vəsiqəsi olan klub rəsmilərinə VİP-lojada əyləşmək imkanı yaradılacaq.

Minskdə dolu tribunalar qarşısında oynamaqdansa, azarkeşsiz stadionda mübarizə aparmaq yəqin ki, “Neftçi”nin işinə yarayacaq. Amma azarkeşsiz futbola futbol deməyə də adamın dili gəlmir. Və bu, hər bir halda meydandakı mübarizəyə təsir edir.

Bu gün keçiriləcək “Dinamo” – “Neftçi” dueli Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti