"Neftçi"dən MÜHÜM XƏBƏR: “Kimin nə sözü və narazılığı varsa, gəlib mənə söyləsin“

11:40 Neftçi 158
"Neftçi"dən MÜHÜM XƏBƏR: “Kimin nə sözü və narazılığı varsa, gəlib mənə söyləsin“

Bu gün "Neftçi" Konfrans Liqasında ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşacaq.

Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da bşlayacaq.

Bakıdakı ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) –“Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Vernidub həlledici matçdan öncə futbolçularına müraciət edib. Ukraynalı çalışdırıcı onlara “kimin nə sözü varsa, gəlib mənə söyləsin“ deyib.

60 yaşlı mütəxəssis hətta əlavə eləyib ki, o, verdiyi qərarlardan narazı qalanları tək-tək dinləməyə də hazırdır: «Sizin hər birinizə ən azı 1 saat qulaq asmaq istərdim. Vaxt mənim üçün problem deyil».

«Şerif»in sabiq sükançısı vurğulayıb ki, komandanın mərhələ adlayacağına inanır. Bunun üçün sadəcə, umu-küsələri bir kənara qoymaq, bir məqsəd ətrafında birləşmək lazımdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!