“Sonra nə baş verdiyini özümüz də başa düşə bilmədik” - “Neftçi”dəki yeni braziliyalı

00:40 Neftçi 88
“Sonra nə baş verdiyini özümüz də başa düşə bilmədik” - “Neftçi”dəki yeni braziliyalı

“Bəlkə də ilk rəsmi oyunumuz olduğu üçün belə alındı”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı legioneri Qustavo Klisman deyib.

Paytaxt təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə “Dinamo”ya (Minsk) 2:4 hesabı ilə uduzub.

Yayda “ağ-qaralar”a qoşulan 27 yaşlı yarımmüdafiəçi məğlubiyyəti komandanın avrokuboklarda ilk rəsmi oyunu olması ilə əlaqələndirib:

“Oyuna yaxşı başladıq. Hətta 2:0 hesabı ilə öndə idik.

Sonra nə baş verdiyini özümüz də tam başa düşə bilmədik. Fərdi səhvlər etdik və bu da belə nəticəyə gətirib çıxardı.

İkinci hissənin əvvəlində qapıya vurduğum zərbə qol olsaydı, oyuna dönüş edə bilərdik. Ondan sonra da kifayət qədər qol epizodumuz oldu, amma dəyərləndirə bilmədik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!