“Neftçi” Şimali İrlandiyadan olanların ixtiyarına verildi

25 İyul 00:40 Neftçi 529
“Neftçi” Şimali İrlandiyadan olanların ixtiyarına verildi

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk “Dinamo”su ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

“Dinamo” - “Neftçi” matçı iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.

Komandalar arasında Bakıda keçirilən ilk görüş Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə