“Neftçi”nin futbolçularına elə bir gün yaşatdılar ki... MARAQLI VİDEO

19 İyul 18:35 Neftçi 506
“Neftçi”nin futbolçularına elə bir gün yaşatdılar ki... MARAQLI VİDEO

Bakıda "Neftçi”nin açıq məşqi baş tutub.

Yuri Vernidubun göstərişinə əsasən bu dəfəki hazırlıq mərhələsi azarkeşlər və media mənsubları üçün açıq keçirilib.

İsti hava şəraitinə baxmayaraq, “Palms Sports Arena”ya 200-dən artıq azarkeş təşrif buyurub.

Fanatlar sevimli komandalarına müxtəlif şüarlarla dəstək göstərib, Konfrans Liqası öncəsi uğurlar arzulayıb.

Yeri gəlmişkən, məşq prosesində yalnız zədəli Alessio Kurçi fərdi çalışmaqla diqqət çəkib.

“Ağ-qaralar” Konfrans Liqasının 2-ci mərhələsində “Dinamo Minsk”lə qarşıkaşacaq.

İlk oyun iyulun 22-də Bakıda baş tutacaq və saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 20:00 Çək və bizə göndər!
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası