Belaruslu hücumçu: “Neftçi”ni udmaq üçün əlimizdən gələni edəcəyik”

19 İyul 18:10 Neftçi 642
Belaruslu hücumçu: “Neftçi”ni udmaq üçün əlimizdən gələni edəcəyik”

Minsk “Dinamo”sunun hücumçusu Andrey Luçkoviç Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”lə keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, belaruslu futbolçu penaltilər seriyasında daha inamlı oynadıqlarını deyib.

O, 2-ci raunddakı rəqibləri “Neftçi” ilə matçlara da hazır olduqlarını bildirib:

“Artıq “Sileks”i unudub, “Neftçi” ilə oyuna hazırlaşırıq. Məşqçilər korpusu rəqib barədə bizə bütün məlumatları təqdim edəcək.

Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

2Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 22-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!