“Neftçi”nin baş icraçı direktoru: “Vernidunun qarşısına qoyulan əsas hədəf çempionluqdur”

11:30 Neftçi 422
“Neftçi”nin baş icraçı direktoru: “Vernidunun qarşısına qoyulan əsas hədəf çempionluqdur”

“Baş məşqçimiz Yuri Vernidunun qarşısına qoyulan əsas hədəf çempionluqdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

Türkiyəli funksioner Bakıda "Dinamo" (Minsk) ilə keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışıb:

“Hazırlıqlarımız yaxşı keçdi. Komandamız Sloveniyada 20-dən çox məşq keçirdi. 4 yeni transferimiz var. Həm baş məşqçimiz, həm də futbolçularımız məmnundur.

Freddi Varqas izlədiyimiz transferlərdən biridir. Hazırda sona yaxınlaşırıq. Amma imza atmadan nəsə deyə bilmərik.

Baş məşqçimizlə hər gün görüşürük. Maliyyə olaraq bizdən hər hansı tələbi yoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti