Artıq “Neftçi” də satır - 5-dən 50 manata kimi

18 İyul 22:40 Neftçi 169
Artıq “Neftçi” də satır - 5-dən 50 manata kimi

Bakıda “Neftçi” və “Dinamo” (Minsk)arasında keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manatdır.

Biletləri klubun mobil tətbiqindən və ya “bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə satış oyun günü saat 12:00-dan etibarən başlayacaq.

İyulun 22-də “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!