"Neftçi" kiprlilərə tapşırıldı

13:40 Neftçi 113
"Neftçi" kiprlilərə tapşırıldı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Dinamo" (Minsk, Belarus) ilk oyununa hakim təyinatları müəyyənləşib.

Sportinfo.az UEFA-nın saytına istnadən xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri kimi Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.

İyulun 22-də "Palms Sports Arena"da oynanılacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!