UEFA “Qarabağ“a görə “Neftçi“nin oyununu 1 gün irəli çəkdi - SON DƏQİQƏ

17 İyul 14:00 Neftçi 3 803
UEFA “Qarabağ“a görə “Neftçi“nin oyununu 1 gün irəli çəkdi - SON DƏQİQƏ

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Şimali Makedoniya “Sileks”ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdıran “Dinamo”dur (Minsk).

“Neftçi” və “Dinamo” (Minsk) arasında ilk oyun iyulun 22-də, saat 20:00-da “Palms Sports Arena”da, cavab matçı isə ayın 30-da səfərdə keçiriləcək.

Əslində, Bakıdakı qarşılaşma iyulun 23-də olmalıydı. UEFA son anda dəyişikliyə gedib.

Avropa futbol qurumu ayın 23-də “Qarabağ“ın da rəqibini burada qəbul edəcəyini nəzərə alaraq, “Neftçi“nin oyununu 1 gün irəli çəkib.

Çünki qaydalara görə, eyni gündə bir gündə iki beynəlxalq matç təşkil oluna bilməz.

İşdir, Ağdam təmsilçisi Avropa Liqasının ilkin təsnifat mərhələsində “Vestri“yə (İslandiya) uduzsaydı, təqvimə əl vurulmayacaqdı. İndi isə “köhlən atlar“ı Sofiya ÇSKA-sı ilə duel gözləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM