"Neftçi" Çempionlar Liqasında iz qoyan hücumçunu niyə almadı?

16:00 Neftçi 276
"Neftçi" Çempionlar Liqasında iz qoyan hücumçunu niyə almadı?

"Neftçi"nin transfer etmək istədiyi Rikardinyonun yeni komandası bəlli olub.

Braziliyalı forvard Azərbaycana gələsi olmayıb.

O, Yunanıstanda legioner həyatı yaşayacaq.

25 yaşlı hücumçu “Asteras”la anlaşıb. Cənubi amerikalının Bakıya deyil, Ellada torpağına üz tutmasının səbəbkarı elə “ağ-qaralar“ın özləridir.

Klub rəhbərliyi “sambaçı“nın şərtləriniu uyğun görməyib. Onun xarakteri barədə Yuri Verniduba da məlumat verilib. Baş məşqçiyə bildirilib ki, adıçəkilən ön xətt oyunçusu intizamsız biridir,

Rikardinyo ötən mövsümü icarə əsasında “Kayrat”da keçirib.

Qazaxıstan klubu Çempionlar Liqasında 3 qol vurmuş forvardla birbaşa müqavilə bağlamağa cəhd göstərib, di gəl, maliyyə şərtlərində anlaşmsa əldə etmək mümkün olmayıb.

Rikardinyo karyerası ərzində “Qremio”, “Maritimo”, “Levski” (Sofiya) və “Makkabi”də (Hayfa) də çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti