"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belarusdan "Dinamo" (Minsk) ilə qarşılaşacaq.
Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyadan "Sileks" üzərində iki oyunun yekununa əsasən üstün olub.
İlk görüşdə 0:1 hesabı ilə uduzan “Dinamo” cavab matçında 1:0 qələbə qazanıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Belarus klubu 6:5 hesabı ilə növbəti mərhələyə yüksəlib.
"Neftçi" üçün Konfrans Liqasının bu mövsümündə mübarizə məhz II təsnifat mərhələsindən başlayacaq.

