DÇ-2026-da ad çıxaran qapıçı Messinin komanda yoldaşı olacaq, yoxsa “Neftçi”yə gələcək?

13:00 Neftçi 283
DÇ-2026-da ad çıxaran qapıçı Messinin komanda yoldaşı olacaq, yoxsa “Neftçi”yə gələcək?

Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşən Vozinya transfer bazarının ən çox müzakirə olunan futbolçularından birinə çevrilib.

Hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperə yeddi klubun maraq göstərdiyi bildirilir.

Turnirin ən böyük sürprizlərindən birinə imza atan afrikalı xüsusilə İspaniyaya qarşı oyunda etdiyi vacib seyvlərlə futbolsevərlərin rəğbətini qazanıb.

Onun uğuru sosial şəbəkələrdə də əks-səda doğurub. Kabo-Verde millisinin qapıçısının instaqram hesabındakı izləyicilərinin sayı qısa müddətdə 28 milyonu ötərək, Mayk Menyan, Cordan Pikford və Emiliano Martines kimi tanınmış qapıçıları geridə qoyub.

Son mövsümü Portuqaliyanın ikinci liqa təmsilçisi “Çaves”də keçirən Vozinyanın müqaviləsi iyunda başa çatıb. Təcrübəli qolkiperin DÇ-dəki çıxışı isə onun karyerasına yeni nəfəs verib.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, ABŞ təmsilçisi “İnter Mayami” transfer yarışında ön sıralardadır.

Klub rəhbərliyinin həm Vozinyanın təcrübəsindən yararlanmaq, həm də onun artan populyarlığını marketinq baxımından dəyərləndirmək istədiyi bildirilir.

Transfer baş tutacağı təqdirdə, qapıçı Lionel Messi və Luis Suares kimi ulduzlarla eyni komandada çıxış edəcək.

Vozinyaya maraq yalnız ABŞ ilə məhdudlaşmır. Braziliyadan “Atletiko Qoyanense”, “Seara” və “Avai”, Meksikadan “Kruz Azul”,

Argentinadan “Deportivo Riestra”, Paraqvaydan isə “Olimpiya”nın qapıçını yaxından izlədiyi qeyd olunur.

DÇ-dən əvvəl geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Vozinya turnirdəki uğurlu çıxışı sayəsində qısa müddətdə transfer bazarının ən çox tələb olunan oyunçularından birinə çevrilib.

“Neftçi“ də altdan-altdan “əlcək sahibi“ ilə bağlı araşdırma aparır. Bakılılar DÇ-2026-da adından söz etdirən iştirakçını sıralarına qatmaqlas yenidən bütün diqqətləri öz üzərinə çəkmyi düşünür.

Portuqaliyada aylıq 5000 avro qarşılığında çıxış etmiş qapıçını bura gətirməyin heç də asan olmayacağını bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi, müştəriləri çoxdur.

Vozinyonun ağ-qara formanı geyinməsi həm də Kenan Piriçdən asılıdır. Yuri Vernidub bosniyalının çıxışından çox narazıdır.

Ötən ilin yayında 2 illik müqaviləyə imza atmış balkanlını o, bir müddət əvvəl «qara siyahı»ya salıb. Di gəl, sabiq «Antalyaspor»lu kontraktını əsas gətirərək, düşərgədən ayrılmaq istəmir, iki ayağını bir başmağa dirəyib.

Baş məşqçi ötən mövsüm yol verdiyi səhvlərlə yadda qalmış Piriçi «1 nömrə» qismində görmür.

Ukraynalı çalışdırıcı Emil Balayevi ondan daha səriştəli hesab edir. İndi gərək o getsin ki, bu mövqedə bir yer boşalsın və yerinə transfer olsun.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti