“Neftçi”də xoşbəxt deyil - Mənə sərfəli variant tapın, gedim

21:40 Neftçi 380
“Neftçi”də xoşbəxt deyil - Mənə sərfəli variant tapın, gedim

Kenan Piriç yaxın günlərdə «Neftçi»ni tərk edə bilər.

Bosniya və herseqovinal qapıçı Yuri Vernidubun növbəti mövsümdə ona bir elə şans verməyəcəyini dəqiq bilir.

Ötən mövsümün ikinci yarısında onu baş məşqçinin gözündən düşürən səhvlərə yol vermiş kiper yenidən menecerləri «işə salıb».

Balkanlı «əlcək sahibi» tanış agentlərə «Neftçi»də xoşbəxt olmadığını deyib, başqa variantları gözdən keçirmək istədiyini bildirib.

Piriç əmindir ki, sərfəli variant ortalığa çıxarsa, klub rəhbərliyi buna sevinəcək. Çünki onların Vernidubu necə dəstəklədiyini, verdiyi hər qərarın arxasında möhkəm dayandığını görür.

Bosniyalı Azərbaycana 2025-ci ilin yayında gəlib və 2 illik müqaviləyə qol çəkib. «Antalyaspor»dan sonra «Neftçi»nin yolunu tutmuş qapıçı təkrar Türkiyəyə dönməyə maraq göstərir.

Məlumatı var ki, ukraynalı çalışdırıcı onun Emil Balayev və Rza Cəfərovla rəqabət aparmasına ehtiyatla yanaşır, daha bir əcnəbi axtarışındadır.

O isə ehtiyatda qalmağı qətiyyən arzulamır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti