“Neftçi” Sloveniyada təlim-məşq məşq toplanışını davam etdirir.
Sportinfot.az xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıblar.
Toplanışa axşam məşqi ilə davam edəcək “ağ-qaralar” sabah iki dəfə hazırlıq keçəcək.
Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan “Neftçi” iyulun 6-da “Partizan”la (Serbiya) yoxlama oyununa çıxacaq.
İyulun 2-də “ÇFR Kluj”la (Rumıniya) qarşılaşmış (1:2) komandamız ayın 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək. Toplanış iyulun 14-də başa çatacaq.

