“Neftçi”nin yeni mövsüm səfər forması - “Qara qızıl” FOTOLARda

19:50 Neftçi 141
“Neftçi”nin yeni mövsüm səfər forması - “Qara qızıl” FOTOLARda

"Neftçi" 2026/27 mövsümü üçün səfər formalarını təqdim edib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisinin ikinci oyun dəsti qara və qızılı rənglərdədir. Klub məlumatında qeyd olunub:

"2026/27 mövsümünün səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır. Tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubumuzun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.

“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubumuzun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb. Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir.

Minimalist görünüşü, özəl naxışları və qızılı detalları ilə “Qara Qızıl” müasir dizaynı klubumuzun tarixi ilə birləşdirir. Hər detal “Neftçi” adının haradan gəldiyini və nəyi təmsil etdiyini xatırladır.

“Qara Qızıl” – adımızın gücü, rənglərimizin dəyəri və “Neftçi” ruhunun təcəssümüdür".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti