"Neftçi" Kipr millisinin müdafiəçisinə ELÇİ DÜŞDÜ

22:20 Neftçi 334
"Neftçi" Kipr millisinin müdafiəçisinə ELÇİ DÜŞDÜ

"Neftçi"nin heyətinə qatmaq istədiyi daha bir legionerin kimliyi bizə məlum olub.

Əldə etdiyimiz məlumata görə, "ağ qaralar" Giorgos Malekkidislə maraqlanır.

Sol cinah müdafiəçisi hazırda Kiprin "Apollon" klubuna məxsusdur.

Adıçəkilən komandanın kapitanı son mövsüm meydana çıxdığı 29 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun hazırkı klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Keçid üçün bakılılar təzminat ödəməlidir.

Danışıqların uzanmasının bir nömrəli səbəbi də budur.

"Aris"in yetirməsinin karyerası yalnız ölkəsinə bağlıdır.

O, "Apollon"a qədər yerli "Parekklisia", "Karmiotisa" və "Salamis" klublarında forma geyinib.

Kiprin əsas millisində 11 oyun keçirmiş 28 yaşlı futbolçu aşağı yaş yığmalarda da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti