"Neftçi" bu gün Sloveniyada toplanışa start verdi

30 İyun 19:20 Neftçi 597
"Neftçi" bu gün Sloveniyada toplanışa start verdi

“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İyunun 29-da Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb. Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.

Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək “ağ-qaralar” iyulun 2-də ilk yoxlama oyununa çıxacaq. Rəqib Serbiya "Partizan"ıdır.

“Hotel Livada Prestige”də məskunlaşan “Neftçi”nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM