“Neftçi” əcnəbi hücumçu ilə ortaq məxrəcə gələ bilmədi

09:20 Neftçi 331
“Neftçi” əcnəbi hücumçu ilə ortaq məxrəcə gələ bilmədi

“Neftçi”nin portuqaliyalı hücumçu Pedro Markesi heyətinə cəlb etmək planı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu 28 yaşlı forvardla ortaq məxrəcə gələ bilməyib.

Bir neçə gün əvvəl Kipr klubu “Apollon”dan ayrılan Markes hazırda azad agentdir.

“Ağ-qaralar” futbolçunun meneceri ilə anlaşmağa çalışsa da, futbolçunun yüksək maaş tələbi keçidin reallaşmasına mane olub. Nəticədə “Neftçi” Markesdən imtina etməli olub.

Maraqlıdır ki, hətta “Apollon” da onu komandada saxlamağa çalışıb. Klub rəhbərliyi hücumçuya 40 faiz maaş artımı ilə yeni sözləşmə təklif etsə də, cavab müsbət olmayıb. Hazırda klubsuz olan portuqaliyalı digər variantları nəzərdən keçirir.

Pedro Markes Kiprin digər klubu AEL-in də gündəmindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!