“Neftçi”dən kimlər “Dinamo”nun direktorunun ürəyinə yatdı?

29 İyun 23:40 Neftçi 170
“Neftçi”dən kimlər “Dinamo”nun direktorunun ürəyinə yatdı?

“Neftçi” Rusiyanın Ulyanovsk şəhərində keçirilən “Simbirsk Kuboku” beynəlxalq uşaq futbol turnirində iştirak edib.

Klubun futbol akademiyasının 2016-cı il təvəllüdlü futbolçulardan ibarət komanda burada diqqət mərkəzinə düşüb.

“Dinamo”nun (Moskva) akademiyasının direktoru Aleksandr Kuznetsov “Neftçi”nin uşaqları barədə müsbət fikirlər söyləyib.

Atası vaxtilə “Neftçi”də çıxış etmiş, özü də bakılı olan Kuznetsov onların oyununu yüksək qiymətləndirib. O, komandanın meydandakı təşkilatlanmasını, intizamını və futbolçuların potensialını xüsusi vurğulayıb.

Kuznetsov həmçinin “Neftçi”nin qapıçısı Fateh Camalovun nümayiş etdirdiyi oyunu ayrıca qeyd edib.

Onun sözlərinə görə, Fateh Camalov çox yaxşı performans göstərib və komandasına mühüm anlarda ciddi dəstək olub.

Bundan əlavə, “Dinamo”nun direktoru “Neftçi” akademiyasının bir neçə futbolçusunu fərqləndirərək, onların gələcəkdə yaxşı futbolçu olmaq potensialına sahib olduqlarını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!