DÇ-2026-da qurtarışları və anasıyla məşhurlaşan qapıçı "Neftçi"nin diqqət mərkəzində

14:40 Neftçi 579
DÇ-2026-da qurtarışları və anasıyla məşhurlaşan qapıçı "Neftçi"nin diqqət mərkəzində

Kabo-Verde millisiunin və "Şaviş"in (Portuqaliya) qapıçısı Vozinya tezliklə Azərbaycana gələ bilər.

O, dünya çempionatında sərgilədiyi inamlı çıxışla "Neftçi" rəhbərliyinin diqqətini çəkib.

Bakılı funksionerlər menecerlər vasitəsilə onunla bağlı məlumat toplamağa başlayıb.

Portuqaliyanın ikinci liqasında ayda təxminən 5000 avro maaş alan 40 yaşlı kiperlə hələ birbaşa kontakt qurulmayıb, bununla belə, karyerasını ölkəmizdə davam etdirib-etdirməmək perspektivi araşdırılıb.

"Ağ-qaralar"a məlum olub ki, afrikalı mundialdakı çıxışıyla öz ətrafında böyük müştəri ordusu toplayıb. O, hazırda Braziliya Seriya B-də çıxış edən üç komanda ilə danışıqlar aparır.

Bu öokənin ikinci divizion klubları ilə yanaşı, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Ukrayna və Macarıstan təmsilçiləri də Vozinyaya yaxından maraq göstərir.

Adıçəkilən "əlcək sahibi" dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya ilə oyunda (0:0) Kabo-Verde yığmasına xal qazandırmaqla turnirin ulduzuna çevrilib. Bir neçə vacib seyv edərək, matçın ən yaxşı oyunçusu seçilib.

Uruqvaylı növbəti görüşdə qapısında 2 qol görsə də, yenə mühüm qurtarışlarıyla diqqət mərkəzinə düşüb.

İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasının xilaskarı olmuş qapıçı bildirmişdi ki, anası Ana Candida Evora yüksək xərclərə görə viza ala bilməyib.

Daha sonra ABŞ rüsumları ləğv elədi və o, bu ölkəyə gəldi, son qarşılaşmanı tribunadan izlədi.

Bu hadisələr Vozinyanı bir neçə günün içində bütün dünyada məşhurlaşdırdı. Sosial şəbəkədə izləyicilərinin sayı 14 milyona yaxınlaşdı. 50 minlik instaqram hesabı 2 milyona çıxdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti