Venesuela millisinin hücumçusu “Neftçi”yə gəlməyə hazırdır

25 İyun 00:40 Neftçi 2 309
Venesuela millisinin hücumçusu “Neftçi”yə gəlməyə hazırdır

"Neftçi" hücumçu axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "ağ-qaralar"a bir neçə hücumçu təklif edilib.

Onlardan biri də Alexandro Markesdir.

Venesuela milli komandasının hücumçusu olan 25 yaşlı futbolçu Azərbaycana gəlməyə hazır olduğunu menecerinə bildirib.

İspaniyanın U-19 yığmasının da üzvü olmuş Markesin “Eştoril”lə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

O, karyerası ərzində “Barselona” B, “Yuventus” U-23, “Mirandes” klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə