“Neftçi” “Zenit” ilə yoxlama oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubu məlumat yayıb.
Bildirilib ki, Rusiya təmsilçisinin yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi 3 yoxlama matçındakı rəqiblər məlumdur.
Komandanın iyulun 5-də Argentina “Ximnasiya”sı, 8-də “Neftçi”, 12-də isə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlməsi planlaşdırılır. Lakin oyunların harada reallaşacağı barədə məlumat verilməyib.
İyulun 28-dək Bakıda hazırlıq keçəcək “Neftçi” ayın 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təlim-məşq toplanışında olacaq.
Bakılılar 4 yoxlama görüşü keçiriləcəyini, onlardan ilkinin iyulun 2-də Serbiya təmsilçisi “Partizan”a qarşı olacağını açıqlayıb.

