"Neftçi"nin yeni transferi gələr-gəlməz söz-söhbət yaratdı

21:00 Neftçi 504
"Neftçi"nin yeni transferi gələr-gəlməz söz-söhbət yaratdı

"Neftçi" mərkəz müdafiəçisi axtarışlarını bitirdiyini günlər öncədən xəbər vermişdik.

Yuri Vernidub bir neçə namizəd arasından seçimini Andrea Qravillonun xeyrinə edib.

Saytımızın futbolçunun transferi ilə bağlı yayımladığı xəbər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Xüsusilə 28 yaşlı futbolçunun İtaliya "İnter"inin sabiq üzvü kimi təqdim olunması birmənalı qarşılanmayıb.

Hətta İtaliya nəhəngində 1 oyun belə keçirməməsi məsxərəyə qoyulub.

Ki, bunun nəyi əla transferdir?

Təbii ki, Qvadelupadan olan legionerin ölkəmizdə nə ilə yadda qalacağını zaman göstərəcək.

Bu gələcəyin işidir.

Dünəninə baxanda isə xoş sözlər deməmək insafdan olmaz.

Hə, "İnter"in əsas komandasında debüt etməyib.

Bir də stəkana dolu tərəfindən baxaq.

Axı "İnter" kimi dünya nəhəngi hər yoldan ötəni heyətinə qatıb, əyninə forma geyindirmir.

1 rəsmi oyuna çıxmasa belə, məşqə çıxmaq şərəfinə nail olması da onun səviyyəsindən xəbər verir.

Dünya nəhənginin skautlarının diqqətini çəkmək asan deyil.

Sıradan biri olmadığını göstərmiş olur.

Belə oyunçuların ölkəmizə gəlməsinə yalnız sevinmək olar. Özü də cəmi 28 yaşında.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti