"Neftçi" yay fasiləsində ilk legioner transferini tamamlayıb.
"Ağ qaralar" Qustavo Klismahnla anlaşıb.
26 yaşlı yarımmüdafiəçi artıq Bakıdadır.
Paytaxt təmsilçisi orta sahə oyunçusunu ən qısa müddətdə ictimaiyyətə təqdim edəcək.
Onunla 3 illik müqavilə imzalanacaq.
Bakılılar yeni transfer üçün təzminat ödəməli olub.
Söhbət təxminən 400 min manatdan gedir.
Oyunçu son mövsümü Portuqaliya yüksək liqa təmsilçisi "Santa Klara"da keçirib. Meydana çıxdığı 18 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl isə yerli "Alverka", "Portimonense" və Yaponiyanın "Vissel Kobe" klublarında forma geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

