O da “Neftçi”dən yola salınır – Gedişi an məsələsidir

18 İyun 23:40 Neftçi 369
O da “Neftçi”dən yola salınır – Gedişi an məsələsidir

“Neftçi”də dəyişikliklərin olacağı məlumdur.

Paytaxt təmsilçisi hələ ki, dörd nəfərlə yollarını ayırıb.

Vensan Abubakar, Kristian Kostin, Edvin Kuç və Murad Məmmədovla başa çatan müqavilələr yenilənməyib.

İcarə müqaviləsi yekunlaşan Luis Ortizin Azərbaycana dönüşü real görünmür.

Klubla müqavilələri davam edən Kenan Piriçlə Cordan Rezabalanın növbəti mövsümdə ağ-qara formanı geyəcəkləri inandırıcı deyil. Baş məşqçi Yuri Vernidub adları çəkilən legionerlərin xidmətində ehtiyac duymur.

Yol üstə olanlardan biri də Andrey Ştoqrindir.

Vernidubun gəlişindən sonra kifayət qədər şans qazanan ukraynalı cinah oyunçusu həmyerlisinin ümidlərini doğrulda bilmədi.Sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər olan Ştoqrinlə danışıqlar davam edir.

27 yaşlı futbolçunun təzminatsız getmək fikri yoxdur. Növbəti 1 il üçün sənəddə göstərilən maaşının ödənilməsini tələb edir.

“Neftçi” rəhbərliyi isə müəyyən məbləğdə təzminat ödəməkdə maraqlıdır.

Çox güman, tərəflər ortaq məxrəcə gələcək. Odur ki, Andreyin gedişi an məsələsidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!