“Neftçi”də iki yeni hücumçu - Azarkeşləri sevindirəcək ŞAD XƏBƏR!

14:00 Neftçi 493
“Neftçi”də iki yeni hücumçu - Azarkeşləri sevindirəcək ŞAD XƏBƏR!

«Neftçi» avrokuboklara iki yeni hücumçu ilə gedəcək.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Yuri Vernidub aparacağı islahatlarla bağlı raportu ilə rəhbərliyi tanış edib. Baş məşqçi tranfser çalışmalarına hücum xəttindən başlamağı vacib sayıb.

Ukraynalı mütəxəssis həmin mövqeyə minimum iki legionerin alınmasını istəyib.

Ötən ilin dekabrından bəri komandanın sükanı sükanı arxasında dayanan çalışdırıcı qeyd edib ki, Konfrans Liqasının startınadək, elə bu ayın içində o zonaya axtarışlar başa çatmalıdır.

Premyer Liqada dördüncü yer tutaraq qitə arenasına qayıdan «ağ-qaralar» ötən günlərdə 3 legionerlə rəsmən vidalaşıb.

Nigeriyalı hücumçu Vensan Abubakar, monteneqrolu yarımmüdafiəçi Ervin Kuç və rumıniyalı müdafiəçi Kristian Kostinin müqavilə müddəti uzadılmayıb.

Bu, hələ siyahının əvvəlidir. Təcrübəli mütəxəssis daha 4-5 nəfərin düşərgədən göndərilməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti