“Neftçi”dən AÇIQLAMA: “Hazırda bu vəzifəyə təyinat gözlənilmir”

09:40 Neftçi 371
“Neftçi”dən AÇIQLAMA: “Hazırda bu vəzifəyə təyinat gözlənilmir”

«Hazırda bu vəzifəyə təyinat gözlənilmir».

«Neftçi»nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Sportinfo.az-a açıqlamasında belə deyib.

Paytaxt klubunun press-ateşesi akademiyanın fəaliyyəti ilə bağlı sualı cavablandırıb.

Təcrübəli media mənsubu bildirib ki, bura yeni direktorun təyin edilməsi hələ gündəlikdə yer almır: «Türkiyəli funksionerin akademiyaya rəhbər gələcəyi barədə xəbəri təsdiq etmirik».

Paytaxt təmsilçisində bu işi son olaraq Cemal Bülbül görüb. Klubun ovaxtkı prezdenti Kamran Quliyevin istəyi ilə bura gəlmiş türkiyəli 3 il uşaq futboluna məsuliyyət daşıyıb.

Hazırda «Neftçi»nin akademiyası üç koordinatorun nəzarətindədir.

Sənan Qurbanov və Namiq Adilov ötən ildən bu səlahiyyəti daşıyırsa, U-19 millisindən ayrılan Elxan Abdullayev 2 ay öncə «ağ-qaralar»la işbirliyinə start verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti